Dünya

Aİ Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

  • 04 Oct 2017
  • 256 baxış

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Avropa İttifaqının (Aİ) Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşüb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, görüşdə O.Əsədov bildirib ki, Azərbaycan Aİ ilə əlaqələrin inkişafına böyük önəm verir.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Aİ arasındakı əlaqələr 2009-cu ildən Şərq Tərəfdaşlığı Proqramı əsasında dinamik inkişaf edib.

O.Əsədov bildirib ki, əlaqələrin bundan sonrakı inkişafında Aİ ilə imzalanacaq yeni sazişin mühüm rolu olacaq. Spiker qeyd edib ki, Azərbaycan bu sazişin imzalanması üçün əlindən gələni edir.

Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens Azərbaycanın dini tolerantlığa rəvac verən bir ölkə olduğunu qeyd edib. O qeyd edib ki, Aİ Azərbaycanla münasibətlərə böyük önəm verir. V.Stivens Azərbaycan ilə Aİ arasında əlaqələrin inkişafını yüksək qiymətləndirib. O bildirib ki, Avropa İttifaqı və onun qurumları Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır:

"Noyabr ayında Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti baş tutacaq. Lakin bundan daha vacib məsələ ondan ibarətdir ki, biz Aİ olaraq Şərq tərəfdaşlarına verdiyimiz önəmi bir daha vurğulamaq istəyirik. Azərbaycanla Aİ arasında yeni sazişin imzalanması ilə bağlı müvafiq danışıqlar davam edir. Ümidvarıq ki, danışıqlar tezliklə və uğurla başa çatacaq".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR