Dünya

Bankı qarət etmək üçün 1 milyon xərclədilər

  • 04 Oct 2017
  • 312 baxış

San-Paulu şəhərinin polisi bank qarətinə cəhd göstərməkdə şübhəli bilinən 16 nəfəri həbs edib.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, cinayətkarlar "Banco do Brasil" bankının xəzinəsinə aparan təxminən 500 metrlik tunel qazıblar. İstintaqın versiyasına görə, şübhəlilər 1 milyard real (318 milyon dollara yaxın) oğurlamaq istəyirmiş. Polis müəyyən edib ki, tunelin tikintisinə təxminən 1 milyon dollar xərclənib. Plan baş tutsaydı, ölkə tarixinin ən böyük qarəti baş verəcəkdi.

Bundan əvvəl Fortalez şəhərində yerləşən Braziliya Mərkəzi Bankı qarət edilərkən də tuneldən istifadə olunmuşdu. O zaman plan baş tutmuş və cinayətkarlar 52 milyon dollar oğurlaya bilmişdilər. Lakin həmin tunel indikindən 8 dəfə kiçik idi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-8557-banki-qaret-etmek-ucun-1-milyon-xerclediler..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11