Dünya

Güləşçimiz İslamiadada ikinci oldu

  • 17 May 2017
  • 259 baxış

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, birincilik uğrunda mübarizədə güləşçimizin rəqibi İran təmsilçisi Yousef Qaderian olub. Gərgin keçən mübarizədə hesab 1:1 olsa da, iranlı güləşçi sonuncu xal qazandığı üçün, hakimlər qələbəni iranlı təmsilçiyə veriblər.

Güləşçimiz R.Hüseynov isə gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/19/cached-xeber-857-guleshcimiz-islamiadada-ikinci-oldu..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11