Dünya

Toy FOTOsessiyalarını çəkdirməyə gedən bəy-gəlinə BÖYÜK ŞOK

  • 05 Oct 2017
  • 275 baxış

Antalyanın Qazipaşa qəsəbəsində toy öncəsi fotosessiya etdirməyə gedən gəlin və bəyin içində olduğu avtomobil qəza törədib.

XalqTV.com Milliyet-ə istinadən xəbər verir ki, əldə edilən məlumatlara görə, qəza saat 18:00 radələrində baş verib. Dəniz sahilində fotosessiya etdirmək üçün yola çıxan E.Ö.-nün (26) idarə etdiyi 07 N 2606 qeydiyyat nömrə nişanlı avtomobil yola çıxan 11 yaşlı Arda Çobanı vurub.

Azyaşlı hadisə yerinə çağırılan təcili yardım maşını ilə dərhal xəsyəxanaya çatdırılıb. Qəza törədən avtomobildəki gəlin gözyaşlarını saxlaya bilməyib. Başında ciddi problem aşkarlanan Arda ciddi nəzarətə götürülüb. 

Polis istintaqa başlayıb.

Məhəmməd Vaqif
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR