İqtisadiyyat

Azərbaycanda tərəvəz istehsalı və ixracı xeyli artıb

  • 05 Oct 2017
  • 356 baxış

Azərbaycanda tərəvəz istehsalı və ixracı xeyli artıb.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

2017-ci ildə istixanaların inkişafı məqsədilə ölkənin 3 rayonunda fəaliyyət göstərən 3 nəfərə 470 min manat həcmində kredit verilib.

Hesabatda bildirilir ki, müvafiq dəstək tədbirlərinin nəticəsi olaraq 2017-ci ilin birinci yarısı ərzində faraş tərəvəz istehsalının ciddi şəkildə artımı hesabına ümumi tərəvəz istehsalı 41,8 faiz artıb.

Həmçinin örtülü torpaqlarda faraş tərəvəz istehsalının artırılması hesabına cari ilin yanvar-iyun ayları ərzində tərəvəz ixracının həcmi natural ifadədə 73,1 faiz, dəyər ifadəsində isə 62,7 faiz artıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-8616-azerbaycanda-terevez-istehsali-ve-ixraci-xeyli-artib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11