idman

Argentina, Uruqvay və Paraqvay dünya çempionatına ev sahibliyi etmək istəyir

  • 06 Oct 2017
  • 268 baxış

Cənubi Amerikanın üç ölkəsi - Argentina, Uruqvay və Paraqvay 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün namizədlik irəli sürmək qərarına gəlib.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən mətbuat konfransında çıxış edən hər üç ölkənin başçıları 2030-cu il dünya çempionatına ev sahibliyi etmək məsələsində razılığa gəldiklərini və namizədlik irəli sürəcəklərini bildiriblər.

İlk dəfə 1930-cu ildə keçirilən turnirə ev sahibliyi edən Uruqvay üçün tarixi hadisənin 100-cü ildönümünə təsadüf edən dünya çempionatı xüsusi əhəmiyyət daşıyır.

2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün müraciət prosesi ən tez dörd il sonra başlayacaq. 2026-cı il dünya çempionatının ev sahibliyi üçün isə hələlik iki namizədlik irəli sürüb. Onlardan Kanada, Meksika və ABŞ müştərək, Mərakeş isə müstəqil namizəddir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-8639-argentina--uruqvay-ve-paraqvay-dunya-cempionatina-ev-sahibliyi-etmek-isteyir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11