SAĞLAMLIQ

Ürəkgetməsinə səbəb olan amillərdən biri

  • 06 Oct 2017
  • 308 baxış

İlk yardımın məqsədi həkimə qədər olan zaman kəsiyində ağrıları azaltmaq, ağırlaşma və ya ortaya çıxa biləcək yanaşı xəstəlikləri qabaqlamaq və yaxşılaşmanı təmin etməkdir. İlkin tibbi yardım tələb edən vəziyyətlər medikal və travmatoloji olaraq ayırd edilir, müdaxilə yardım ehtiyacı duyan şəxsin vəziyyətinə görə müəyyənləşdirilir.

XalqTV.com xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının qəbul şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim-kardioloqu Afiyəddin İsgəndərov ürəkgetməsi zamanı ilkin tibbi yardımın göstərilməsi və səbəbləri haqqında universitetin mətbuat xidmətinə bildirib.

Kardioloq deyib: "İnsanların təxminən 40 faizi ömrü boyu müəyyən səbəbdən ən az bir dəfə ürəkgetməsi ilə üzləşirlər. Ürəkgetməyə xəstəliklərlə yanaşı aclıq, uzun müddət ayaq üstdə qalmaq, fiziki yorğunluq kimi amillər də səbəb ola bilər. Bu hal adətən ani baş verir. Ürəkgetmə zamanı ilk müdaxilə xəstənin uzadaraq ayaqlarını ürək səviyyəsindən yüksəyə qaldırmaqdır. Ani ürək dayanmasından sonra ritmi bərpa olan xəstələr üzərində müdaxilənin əsas məqsədi tənəffüs yolunun qorunmasıdır. Belə xəstələrin yanı üstə uzadılması aspirasiya riski baxımından daha effektiv olduğu müəyyənləşdirilib. Əgər xəstə bu vəziyyətdə 30 dəqiqədən çox qalarsa, onu digər yanı üstə çevirmək lazımdır".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO