Dünya
"Ərim mənim işlərimə qarışmır"
"Doktorlar" serialından Ela obrazı ilə tanınan aktrisa Yasemin Özilhan xeyriyyə tədbirlərinin birində görüntülənib.
XalqTV.com axşam.az-a istinadən bildirir ki, aktrisa jurnalistlərin suallarını cavablandırıb. O, yenidən ekranlara qayıdıb-qayıtmayacağı ilə bağlı bunları deyib:
"Hələlik mənə heç bir təklif edilməyib. Özü də, bundan sonra çətin ki, seriala çəkilim, iki uşağım varkən bunu edə bilmərəm. Həyat yoldaşım da mənə qarışmır".
Qeyd edək ki, Yasemin iş adamı İzzət Özilhanla ailəlidir. Cütlüyün Ela və Emine adlı qızları var.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR