Dünya

Gürcülər Bakıda cibə girdilər

  • 06 Oct 2017
  • 237 baxış

Soyğunçuluqda şübhəli bilinən paytaxt sakini Nika Kaxaberidze və Gürcüstan vətəndaşı Levan Siloqava tutulublar.

XalqTV.com DİN-ə istinadən xəbər verir ki, oktyabrın 5-də paytaxtın Nizami rayonu ərazisində yerləşən bazarda 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Vahid Əliyevin içərisində 86 manat və bankomat kartı olan pulqabısını soyğunçuluq yolu ilə alıb. 
 
Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Nika Kaxaberidze və Gürcüstan vətəndaşı Levan Siloqava tutulublar.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR