Dünya
Strasburqun mərkəzi meydanından insanlar təxliyə edilib
Fransanın Strasburq şəhərində bomba qoyulması barədə məlumata görə Kleber meydanından insanlar təxliyə edib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, anonim zəng "AFP" agentliyinə edilib. Agentliyin əməkdaşları həmçinin təxliyə olunub.
Məlumata əsasən, Kleber meydanında bütün mağazalar bağlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
XalqTV.com
RƏYLƏR