Türkiyə baş məşqçisi: "Ardanın hərəkətini doğru hesab etmirəm" - FOTO
Qrupumuzdakı son matçlarda aldığımız nəticələr bizi çox umidləndirmişdi. Bu oyunu nəyin bahasına olur-olsun qazanmaq istəyirdik.
XalqTV.com xəbər verir ki, bu sözləri Türkiyə Milli komandası İslandiyaya 0:3 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi əvəzləyicisi Tayfun Havutçu deyib.
İslandiyanı yaxşı tanırdıqlarını deyən məşqçi sözlərinə bunları əlavə edib:
"Standart vəziyyətlərdən səmərəli istifadə edən bir komandadır. Xüsusən uzun ötürmələrdən qazandıqları vəziyyətləri yaxşı qiymətləndirirlər. Ancaq bütün bunları bilməyimizə baxmayaraq sadə qollarla məğlub olduq. Geriyə qalan Finlandiya matçını da ən yaxşı şəkildə keçirib turniri sonlandırmaq istəyirik".
/>
Oğuzhanın Xorvatiya matçı heyətə salınmadığı, ancaq növbəti oyunda olduğu deyilərkən "Heyəti oyunçular özləri qurur?" sualına Havutçu belə cavab verib:
"Əsla belə bir şey yoxdur. Ukrayna matçından sonra 7 dəyişiklik etdik və xorvatlarla oyuna çıxdıq. Əmrə cəzalı Hakan Çalhanoğlunun yerinə oynadı. Oyunçu seçimləri hər zaman müzakirə olunur. Hər kəs milli komandada olmaq istəyir, amma seçim etməyə məcbursunuz. Luçesku ilə bütün matçlara gedib oyunçuları bir-bir izləyib qərar veririk və seçimimizə hörmətlə yanaşmağı tələb edirik".
/>
Ardanınoyundan çıxan zaman etirazla qarşılanması və gülərək meydandan kənarlaşması heç də gözəl olmayan tablo idi. Bu mövzuya da toxunan məşqçi "Bu gün hamımız kədərliyik. Arda Turan komanda kapitanıdır və məğlub olduğumuz üçün onun gülməyi gözəl tablo deyildi. Xorvatiya matçında zədəsi var idi, yenə də əlindən gələni etməyə çalışdı. Amma onun bu davranışını şəxsən doğru hesab etmirəm" deyə danışıb.
/>
Nurinin 2-ci hissədə oyundan çıxmasının səbəbini zədəyə bağlayan Tayfur Havutçu "Ozanı mərkəzə qoyub onların atdığı uzun topları qazanmağa çalışdıq. 5-10 dəqiqə oyuna sahib olmuş kimi hiss etdik, lakin 3-cu qol oyunun taleyini həll etdi" deyərək sözlərini bitirib.
/>
Adil Nəcəfov
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində