Dünya
18 yaşlı qız 15 yaşlı şagirdi bıçaqlayıb öldürdü - FOTO
Türkiyədə 18 yaşlı lisey şagirdi Aleyna İncədağ mübahisə etdiyi 15 yaşlı Melih Efeleri bıçaqlayıb.
XalqTV.com metbuat.az-a istinadən bildirir ki, hadisə Əskişəhərdə baş verib. Xəstəxanaya çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.
Polis tərəfindən həbs olunan gənc qız ifadəsində Melihlə aralarında münaqişənin olduğunu və qarşılaşdıqları zaman mübahisə etdiklərini söyləyib.
Faktla bağlı araşdırma aparılır.
XalqTV.com
/>
RƏYLƏR