Dünya

"Avropa İttifaqı qondarma Cənubi Osetiyada keçirilən seçkiləri tanımır"

  • 17 May 2017
  • 222 baxış

"Bir daha bəyan etmək istəyirəm ki, Avropa İttifaqı qondarma Cənubi Osetiyada keçirilən seçkiləri tanımır".

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın XİN-də nazir müavini David Dondua ilə baş tutan görüşdən sonra Aİ-nın Gürcüstandakı səfiri Yanoş Herman bildirib.

O, Aİ-nın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bildirib: "Biz XİN-nin müavini David Dondua ilə  bu sahədə əməkdaşlıq haqqında danışdıq".
 
Diplomat açıqlamasında Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Cənubi Osetiyaya nə üçün səfər edib sualını da cavablandırıb: "Mən Aİ-nın mövqeyini bildirdim. Herbert Zalberin Cənubi Osetiyaya xüsusi səfəri ilə bağlı onun özü şərh verə bilər", Y. Herman qeyd edib.
 
Xatırladaq ki, dünən H. Zalber işğal altında olan Cənubi Osetiyaya səfəri zamanı apreldə keçirilən qondarma  prezident seçkilərində qələbə qazanan Anatoli Bibilovu təbrik edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR