Dünya

Nyu-Yorkda terror planlaşdıran şəxs ABŞ-a ekstradisiya edilir

  • 08 Oct 2017
  • 258 baxış

Filippin 2016-cı ildə Nyu-Yorkda terror aktı planlaşdırmaqda şübhəli sayılan 37 yaşlı vətəndaşı Rassel Saliki ABŞ-a ekstradisiya edir.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" nəşri Filippin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi ABŞ, Kanada və Filippinin 3 vətəndaşını 2016-cı ilin yayında Nyu-Yorkda terror aktı həyata keçirməyə cəhd göstərməkdə günahlandırır. Onların Nyu-Yorkda metroda və Ramazan bayramına həsr olunmuş mərasimdə terror aktı törətməyə cəhd etdikləri bildirilir.  

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR