İqtisadiyyat

Rixos Quba Azerbaijan alma festivalına qatılıb

  • 08 Oct 2017
  • 301 baxış

Qubada sayca V alma festivalı keçirilir. Keçirilən möhtəşəm alma bayramına bu il Rixos Quba Azerbaijan mexmanxanası da qatılıb. Quba şəhəri Azərbaycanda ən dadlı almaların vətəni sayılır. Payız mövsümü məhsulun yığımı ilə başlayır - ən yaxşı alma növləri qutularda diqqətlə toplanır və təkcə daxili bazara deyil, həm də ən yaxın ölkələrə ixrac edilir.

Alma - Qubanın simvoludur. Şəhərin girəcəyində almaya heykəl həsr edilmiş, alma bayramının şərəfinə isə hər il festival keçirilir və ölkənin bütün yerlərindən buraya qonaqlar təşrif buyurur.

Festival günlərində Quba şəhəri demək olar ki, dadlı almalar içində batır. Palmet, semerinka, fuci - almanın növləri çoxdur.
Onlarla təsərrüfat ən yaxşı məhsullarını gözəl və dadlı Festivala çıxartdı və keçirilən müxtəlif yarışlarda iştirak etdi.

Qeyd etmək lazımdır ki, "Alma bayramı" festivalı bölgənin iqtisadi həyatında mühüm rol oynayır. Sakinlər məhsullara tələbatın olduğunu daha yaxşı dərk edərək, almaların istehsalını yaxşılaşdırmaq üçün daha çox səy göstərməyə başlayıblar.

Tədbirdə xarici ölkələrin nümayəndələri, diplomatlar, ictimai xadimlər, elm, mədəniyyət və incəsənət nümayəndələri, ölkənin ərazisində yaşayan müxtəlif millətillərin nümayəndələri də iştirak edirlər.

Festivalın şərəfinə, Rixos Quba Azerbaijan da öz qonaqları üçün əsl bayram təşkil etmişdir. Mexmanxanada qalan bütün qonaqlara hədiyyələr təqdim olunmuşdur, axşam isə hər qonaq bayram yeməyinə dəvət olunmuşdur. Bayram şərəfinə mexmanxananın baş aşbazı Hicran Eynullaev və F&B müdiri Emil Qurbanov xüsusi menyu hazırlamışlar. Həmin bayram menyusunda alma hər bir yeməkdə öz yerini almışdır, istər salat və ya isti ət yeməklər olsun. Həmçinin, Rixos qonaqları xüsusi içkilərlə - alma qlintveyni və alma limonadları ilə məmnun etdi. Festival günü Rixos-da olan hər kəs təsdiq edə bilər ki, mexmanxanada əsl "Alma Bayramı" təşkil edilmişdir.

/> /> /> /> />

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR