Siyasət

AŞPA-nın yeni prezidentini seçmək üçün səsvermənin 3-cü turu keçiriləcək

  • 09 Oct 2017
  • 290 baxış

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə seçkilərin ikinci mərhələsində də namizədlərin heç biri tələb olunan mütləq səs çoxluğunu toplaya bilməyib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, AŞPA-nın Strasburqda keçirilən parlament sessiyası çərçivəsində keçirilən səsvermədə Stella Kiriakides 121, Emanuelis Zinqeris 69 səs toplayıb.

Sabah səsvermənin üçüncü turu keçiriləcək. Sabahkı mərhələ axırıncı olacaq. Bu mərhələdə sadə səs çoxluğu qazanan namizəd təşkilatın prezidenti seçiləcək.

Pedro Aqramunt oktyabrın 6-da AŞPA prezidenti vəzifəsindən istefa verib.

XalqTV.com 

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-8850-ashpa-nin-yeni-prezidentini-secmek-ucun-sesvermenin-3-cu-turu-kecirilecek..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11