Dünya

2,2 kq qızıl aparmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb

  • 10 Oct 2017
  • 266 baxış

Oktyabrın 7-də Azərbaycandan Gürcüstana qanunsuz yolla ümumi çəkisi 2,202 kiloqram olan qızıl külçə aparmaq istəyən şəxs saxlanılıb.

XalqTV.com  "Report"a istinadən bildirir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Bəyan olunmamış qızıl "Qırmızı körpü" sərhəd-buraxılış məntəqəsində Gürcüstan gömrükçüləri tərəfindən Azərbaycan vətəndaşının üzərinə baxış zamanı aşkar edilib.
Qızılın ümumi dəyəri 53 min ABŞ dolları təşkil edib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR