Dünya

Fransada aeroportlar iflic oldu

  • 10 Oct 2017
  • 260 baxış

Fransanın paytaxtı Parisdə və digər iri şəhərlərin hava limanlarında tətillə əlaqədar reyslərin üçdə bir hissəsi təxirə salınıb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, tətil Parisin Şarl de Qoll, Orli və Bove, eləcə də Lion, Nitsa, Marsel, Tuluza, Bordo və Nant şəhərlərinin hava limanlarının işinə təsir edib.

Qeyd edək ki, bu gün Fransada dövlət qulluqçularının - həkim, müəllim, mülki aviasiya işçilərin Fransa hökumətinin tədbirlərinə qarşı tətili keçirilir.

Tətil edənlər iş yerlərinin ixtisarına və müavinətlərin azaldılmasına etirazını bildirirlər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR