Dünya
12 yaşlı "arvad"ını hamilə qoyan kişi həbs olundu - FOTO
12 yaşlı "arvad"ını hamilə qoyub, ondan uşaq gözləyən 25 yaşlı kişi həbs olunub.
XalqTV.com Britaniya mediasına istinadla bildirir ki, bir neçə ay əvvəl Rumıniyadan Britaniyanın Esseks qraflığına köçən kişi azyaşlı ilə cinsi əlaqədə olduğuna görə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Adı açıqlanmayan şəxs həbs olunduqdan sonra 12 yaşlı qız öz ölkəsinə göndərilib. O, iki həftə sonra doğum edəcək.
Məhkəmədən bildirilib ki, Rumıniyada yaşı 16-dan az olanların ailə qurmasına icazə yoxdur.
Həbsxanaya düşən kişi isə ifadəsində həbsxanadan çıxdıqdan sonra yenidən həmin qızla görüşəcəyini söyləyib.
Emin
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR