Dünya
Bu ölkə də cinsiyyət dəyişdirməyə icazə verdi
Yunanıstanda 15 yaşdan yuxarı hər kəsin cinsiyyətini dəyişdirməyə icazə verən qanun layihəsi qəbul edilib.
XalqTV.com axşam.az-a istinadən xəbər verir ki, layihə Yunanıstan parlamentində keçirilən səsvermədə qəbul edilib.
Belə ki, səsvermədə 171 lehinə, 114 əleyhinə səs verilib.
Qanun layihəsində qeyd edilib ki, cinsiyyətini dəyişdirmək istəyənlərin müraciətləri həkim, psixoloq və digər mütəxəssislərdən ibarət komissiya tərəfindən araşdırılacaq, daha sonra baxılması üçün müvafiq məhkəməyə göndəriləcək.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR