Dünya

Meksikada türmədə qiyam zamanı ən azı 13 nəfər ölüb

  • 11 Oct 2017
  • 260 baxış

Meksikanın Kadereyta şəhərindəki türmədə baş verən qiyam zamanı azı 13 nəfər ölüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, daha 8 məhbusun vəziyyəti ağırdır. Daha öncə bir nəfərin öldüyü bildirilirdi.

Qeyd olunur ki, qiyam edən məhbuslar 3 mühafizəçini tutublar və uzun bir müddət ərzində onların azadlığa buraxılması barədə danışıqlar aparıblar, lakin bu nəticəsiz olub. Polis məhbuslara qarşı güc tətbiq etmək qərarına gəlib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR