İqtisadiyyat
"Lukoyl" Rusiya neftinin Bakı-Tbilisi-Ceyhan ilə nəqli üçün danışıqlar aparır
"Rusiyanın "Lukoyl" şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Rusiya neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəqlinin davam etdirilməsi üzrə danışıqlar aparır".
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu "Litasko" ("Lukoyl"un 100 faizlik törəmə müəssisəsi) şirkətinin ticarət üzrə direktoru Aleksey Dzyuba Bakıda keçirilən Beynəlxalq Neft Sammitində çıxışı zamanı deyib.
O qeyd edib: "Danışıqlar davam edir. Bu istiqamətdə SOCAR ilə işləyirik".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR