Dünya

Gürcüstan prezidentinin əfv etdiyi məhbuslar arasında azərbaycanlılar da var

  • 12 Oct 2017
  • 251 baxış

Gürcüstan prezidenti Georgi Marqvelaşvili 226 məhbusun əfv edilməsi barədə fərman imzalayıb. Onların sırasında azərbaycanlılar da var.

XalqTV.com xəbər verir ki, bunu report-a açıqlamasında Gürcüstan Əfv Komissiyasının sədri Zviad Koridze deyib. 

Z.Koridze bildirib ki, komissiya sentyabrın 27-dən oktyabrın 4-dək ümumilikdə 1406 məhbusun müraciətinə baxıb: "Onlardan 226-nın əfv olunması barədə Gürcüstan prezidentinə müraciət olunub. Əfv olunanlar arasında qadınlar və azyaşlılar da var".

Komissiya sədrinin sözlərinə görə, əfv olunanlardan 141-i həbsxanadan bu gün buraxılacaq, 85 nəfərin isə cəzası yüngülləşdirilib: "Gürcüstan prezidenti zaman-zaman məhbusların əfv olunması barədə fərmanlar imzalayıb. Əfv olunanlar arasında Gürcüstan vətəndaşı olan azərbaycanlılar da olub. Yeni əfv olunanlar arasında da azərbaycanlılar var".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR