Dünya
9 yaşlı qız atasının hazırladığı piroqu yedikdən sonra öldü
İngiltərədə 9 yaşlı Nainika Tiku atasının ona hazırladığı piroqu yeyib.
XalqTV.com ölkə.az-a istinadən xəbər verir ki, qəflətən uşağın vəziyyəti pisləşib və dünyasını dəyişib.
Hadisə Londonun şimalındakı Harrou rayonunda baş verib. 9 yaşlı Nainika Tiku atasının ona hazırladığı piroqdan bir dilim yeyib və halı pisləşib. Uşağı təcili olaraq reanimasiya şöbəsinə yerləşdiriblər. 5 gündən sonra isə Nainika dünyasını dəyişib.
Həkimlər bildiriblər ki, uşağın yumurta və soyaya qarşı allergiyası olub. Bu səbəbdən vəziyyəti pisləşib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR