SAĞLAMLIQ

Öskürək nədir?

  • 12 Oct 2017
  • 364 baxış

Öskürək traxeobronxial şaxələrin sensor stimulyasiyasından əmələ gələn impulslardan beyində yerləşən öskürək mərkəzinin qıcıqlanmasının nəticəsidir.
Öskürək keçici və persistəedici ola bilir. Keçici öskürəyin əsas səbəbi traxeya və bronx şaxələrinin bakterial və virus infeksiyası ilə səthi iltihabi reaksiyasıdır. Bəzən atmosferdə olan qarışıqlar öskürəyə səbəb ola bilir. Bu qarışıqlara papiros tüstüsü, uçucu kimyəvi maddələr və s. daxildir.
Persistəedici öskürəyin əsas səbəbləri astma ilə yanaşı olan allergik iltihabdır. Öskürək təngnəfəsliyin başlanğıc əlaməti də ola bilir.
XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">immunitet.az-a istinadən bildirir ki, traxeobronxial qıcıqlanmanın digər səbəblərindən biri yuxuda qastritik requrgitasiya kütləsinin traxeobronxial şaxələrə düşməsi də ola bilər. Bu zaman qastroezofageal sfinkterin müxtəlif patologiyası ilə bağlı ola bilir.
Öskürəyin səbəb olan ekstrabronxial zədələnmələrə aşağıdakı xəstəlikləri də aid etmək olar:
- bronxları sıxan divararalığı şişləri
- qida borusu şişləri
- aorta anevrizması
- sol bronxu sıxan sol qulaqcıq böyüməsi.
Bəzən tənəffüs yollarına daima sekresiya edən burun axıntısı və sinusitlər də xroniki öskürəyə səbəb ola bilirlər.
Öskürək bəlğəmli və bəlğəmsiz ola bilir. Hər xəstəliyin özünəməxsus öskürək forması var və müalicə zamanı həkimdən bunu ayırd etmək tələb olunur.
Öskürəyi müalicə etmək üçün ilk növbədə onu əmələ gətirən səbəb tapılmalı və aradan qaldırılmalıdır.
Öskürəyə diaqnoz qoymaq üçün rentgenoqrafiyadan istifadə edilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO