Çempionumuzun üçüncü sınağı
Bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu "Araz" üçüncü görüşünü keçirəcək.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, yarışa bu raunddan başlayan Naxçıvan klubu oyunları Rumıniyada keçiriləcək VIII qrupunda qüvvəsini sınayır.
İlk oyununda Bosniya və Herseqovinanın "Mostar" klubuna qalib gələn (5:2), ardınca isə Malta təmsilçisi "Sent Endryu"nu xalsız qoyan "Araz"ın budəfəki rəqibi meydan sahibi "Deva" olacaq.
Təmsilçimizdən fərqli olaraq rumınlar keçirdiyi iki oyundan birində məğlub olub. Bu görüşdə bərabərlik də komandamızın liderliyi üçün kifayət edəcək.
Komandamız B yolundakı 4 qrupdan birində yer aldığından yalnız 1-ci yer üçün vuruşacaq. Çünki A yolunun qruplarından 3, B yolundan isə 1 komanda elit-raunda vəsiqə əldə edir.
Qeyd edək ki, qrupun digər matçında "Sent Endryu" (Malta) və "Mostar" (Bosniya və Hersoqovina) komandaları üz-üzə gələcək.
Futzal üzrə UEFA kuboku
Əsas mərhələ, B yolu
VIII qrup
III tur, 14 oktyabr
20:00. "Araz" (Azərbaycan) - "Deva" (Rumıniya)
1 | Araz | 2 | 2 | 0 | 0 | 11-6 | 6 |
2 | Deva | 2 | 1 | 0 | 1 | 7-5 | 3 |
3 | Mostar | 2 | 1 | 0 | 1 | 5-7 | 3 |
4 | Sent Endryus | 2 | 0 | 0 | 2 | 6-11 | 0 |
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində