Dünya
Sidneyə uçan təyyarə yarı yolda məcburi eniş etdi
"Etihad Airways" aviaşirkətinə məxsus Əbu-Dabidən Sidneyə uçan təyyarə Adeliada aeroportunda məcburi eniş edib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, buna səbəb qəflətən təyyarənin göyərtəsində həyəcan siqnalının yanması olub.
Təyyarə aeropotda enincə 349 sərnişin dərhal qəza qapısında təxliyə edilib.
Hazırda təyyarədə həyəcan siqnallarının hansı səbəbdən işə düşməsi araşdırılır.
Sərnişinlərin isə Sidneyə başqa təyyarə ilə yola salınacaqları bildirilib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR