Dünya

Sevgilisindən ayrılan qadın Mercedes-lə qisas aldı - FOTO

  • 14 Oct 2017
  • 280 baxış

Baham adalarında yaşayan amerikalı bankir, 41 yaşlı Qay Centil sevgilisindən ayrılmağının hesabını ödəyir. Rusiyada doğulmuş 24 yaşlı Kristina Kuçma ondan ayrılmaq qərarına gələn bankirdən qisas almaq üçün Centilin Mercedes S400 markalı lüks avtomobilini hovuza salıb.

XalqTV.com New York Post-a istinadən bildirir ki, Centil evlənməyə hazırlaşdığı Kuçmadan ayrılmaq qərarını qadına şam yeməyində söyləyib.

Qadın çox sinirlənmişdi.

O, Q.Centilə yolladığı mesajda yazmışdı: "Mənə biznesimi qurmaq üçün yardım edəcəyini demişdi. İndisə investisiya şirkəti qurmaq istəyirsən. İnvestisiya axtarırsan?! Həyətdəki hovuza bax. Məncə, bu investisiya ilə işə başlaya bilərsən".

Mesajı alan Q.Centil dərhal ofisi tərk edərək evə gedir və maşınının hovuzda, su altında olduğunu görür. 100 min dollarlıq Mercedes-i qadın hovuza salmışdı.

"Kristiananın maşında olduğunu, intihar etdiyini düşünüb qorxdum. Amma onun maşında olmadığını anlayanda hirsləndim. Mən ondan ayrıldım deyə maşını hovuza salmışdı", - Centil deyib.

Q.Centilin dediyinə görə, K.Kuçma ondan şirkət yaratmaq üçün 50 min dollar istəmişdi: "Ad günümdə mənə yeni iPhone, Gucci markalı çanta və Beats qulaqcıqlar aldığını söylədi. 50 min dollar istəyini isə rədd etdim, ona "pul istəyirsənsə, başqa adam axtar" söylədim. O da restoranda dava saldı, üstümə çay fincanını atdı".

Mercedes-i hovuzdan 4 saata çıxarıblar.

"Onu sevirdim və evlənmək istəyirdim. Yaxşı ki, bu səhvə yol vermədim", - Qay Centil söyləyib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR