İqtisadiyyat

ABŞ-ın ən böyük Ticarət Missiyası Azərbaycana gəlir

  • 14 Oct 2017
  • 353 baxış

16-18 oktyabr tarixlərində Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası və ABŞ-ın Kommersiya Departamenti Azərbaycana gələn 14 ABŞ şirkətlərindən ibarət olan Ticarət Missiyasına rəhbərlik edəcək.

XalqTV.com xəbər verir ki,ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə istinadən verilən məlumata görə, Missiya 27 şirkətdən ibarət indiyə qədər Azərbaycana gəlmiş ən böyük ABŞ Ticarət missiyasıdır. Şirkətlər ticari sektorların geniş və müxtəlif sahələrini təmsil edir və burada olduqları zaman iki ölkənin iş adamları və iş adamları ilə-hökumət nümayəndələri arasında keçirilən görüşlərdə iştirak edəcək. Şirkətlər İqtisadiyyat Nazirliyi və AzPromo ilə də dəyirmi masa keçirəcək.

Nümayəndə heyətini Türkiyə və Azərbaycan üzrə Ticarət Missiyalarının Müşaviri Vilyam Czajkovski və Xarici Özəl İnvestisiya Korporasiyasının İcraçı Direktoru Kenes Engıl də müşayiət edəcək. Onlar ABŞ-ın Azərbaycandakı səfiri Robert F.Sekuta ilə birlikdə, hökumət nazirlikləri ilə görüşüb Azərbaycan hökumətinin həyata keçirdiyi islahatları və daha çox ABŞ investisiyalarını cəlb etmək üçün Azərbaycana necə kömək etmələrini müzakirə edəcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-9102-absh-in-en-boyuk-ticaret-missiyasi-azerbaycana-gelir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11