Dünya

ABŞ Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

  • 14 Oct 2017
  • 269 baxış

ABŞ 2026 və ya 2030-cu illərdə keçiriləcək Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir.

XalqTV.com report-a istinadən xəbər verir ki, bununla bağlı ABŞ-ın Olimpiya Komitəsinin sədri Larri Probst "Reuters"ə açıqlama verib.

O bildirib ki, 2028-ci il Yay Olimpiya Oyunlarının Los-Ancelesdə baş tutacağına baxmayaraq, daha bir böyük turniri keçirməkdə maraqlıdırlar: "Daha çox 2030-cu ili düşünürük. Çünki 2028-ci il Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı problem olmasın".
Qeyd edək ki, 2018-ci il Qış Olimpiya Oyunları Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR