Dünya

NATO hərbçiləri barda içib dava saldılar

  • 15 Oct 2017
  • 277 baxış

Litvada gecə klubunda NATO missiyasının almaniyalı hərbçiləri arasında dava olub.  

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, insident Rukla şəhərində baş verib.

Gecə saat 2 radələrində sərxoş hərbçilər arasında başlayan mübahisə dava ilə nəticələnib. Münaqişəyə yerli polis müdaxilə edib. Hərbçilərdən biri müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib, digərləri isə kazarmalara qaytarılıb.   
 
Qeyd edək ki,  Bundesver əsgərlərinin iştirakı ilə analoji insidentlər Litvada əvvəllər də baş verib. Belə ki, iyunda Yonava şəhərində hərbçilər arasında qarşıdurma nəticəsində 4 nəfər xəstəxanalıq olmuşdu. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR