Dünya

Naziri istefaya göndərən aktrisa 38 il sonra danışdı: "Hələ də sevirəm"

  • 16 Oct 2017
  • 311 baxış

70-ci illərdə "Naziri istefaya göndərən qadın" kimi tanınan aktrisa-müğənni Aynur Aydan 38 il sonra bununla bağlı danışıb.

XalqTV.com  axşam.az-a istinadən bildirir ki, vaxtilə daxili işlər naziri Hasan Fehmi ilə yaşadığı eşq ilə gündəmdən düşməyən 71 yaşlı aktrisa onu hələ də unuda bilmədiyini deyib:
 
"Ondan incisəm də, unuda bilmirəm. Bəzən onunla görüşməyimizi qəzetlərə mənim məlumat ötürdüyümü iddia edirdi, amma heç bir media orqanının pul təklifini qəbul etməmişəm. Yenə mənə qayıtsa, ona baxaram. Biz bir-birimizi çox sevmişdik. 6 ay eşq yaşadıq. İndi həyat yoldaşı rəhmətə gedib. Xanımı ilə heç vaxt bir-birimizi narahat edib, artıq-əskik söz danışmadıq. Uşaqları məni çox istəyirdilər".

Qeyd edək ki, 1979-cu ildə Aynurla yaşadığı sevgi münasibəti üzə çıxan nazir Hasan Fehmi istefa etməyə məcbur olmuş, uzun müddət bu qeyri-qanuni sevgisi ilə gündəmdən düşməmişdi.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-9232-naziri-istefaya-gonderen-aktrisa-38-il-sonra-danishdi--hele-de-sevirem..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11