İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub, 3-ü yaralanıb - YENİLƏNİB
20:34
İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub, biri ağır olmaqla 3-ü yaralanıb.
XalqTV.com report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri (TSK) Baş Qərargahı məlumat yayıb.
Belə ki, Zap bölgəsində Türkiyə hərbçilərinin avtomobilinin keçdiyi yolda əldəqayırma partlayıcı partladılıb və PKK terrorçuları ilə silahlı qarşıdurma yaranıb.
Bundan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin ərazini bombalayıb, nəticədə 8 terrorçu məhv edilib.
---------
17:28
Türkyənin Hakkari əyalətinin Çukurça rayonunda hərbçilərin avtomobilinin keçidiyi yolda əldəqayırma qumbaranın partladılması nəticəsində 2 hərbçi şəhid olub, yaralananlar var.
XalqTV.com report-a istinadən xəbər verir ki, hadisə Türkiyə ilə İraq sərhədində olub.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində