Dünya

İraqın şimalında 3 türk hərbçisi həlak olub

  • 17 Oct 2017
  • 230 baxış

İraqın şimalında Zap rayonunda əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 3 türk hərbçisi həlak olub, daha 3 nəfər yaralanıb.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda Türkiyə Baş Qərargahı xəbər verib.

Məlumata görə, partlayış Türkiyədə qadağan olunan PKK-nın üzvləri tərəfindən törədilib. Yaralı hərbçilərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Baş Qərargahının məlumatına əsasən, hadisədən sonra hava əməliyyatları nəticəsində 8 terrorçu məhv edilib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR