Səfir: "Üç istiqamətdə atılacaq addımlar əlaqələrimizin inkişafına təkan verər"" - YENİLƏNİB
14:30
"Azərbaycanda səfərdə olan ABŞ ticarət missiyasının əsas məqsədi ticarət və kommersiya əlaqələrini daha da inkişaf etdirməkdir".
XalqTV.com-ın APA-ya istinadən məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir bildirib ki, Azərbaycan öz islahatlar kursunu davam etdirir: "İslahatların həyata keçirilməsi çətindir. Dünya miqyasında necə rəqabətin olduğunu görürük. Biz bu islahatların həyata keçirilməsi və iqtisadiyyatın gücləndirilməsi ilə bağlı 3 əsas istiqaməti qeyd edirik. Bunlara qanunun aliliyinin gücləndirilməsi; korrupsiya ilə mübarizə; sistemin şəffaflaşdırılması, proqnozlaşdıra bilmə, məlumatların əldə edilməsinin yaxşılaşdırılması daxildir. Bu kimi müzakirə və söhbətləri bir çox ölkələrlə aparırıq. Bu istiqamətdə addımların atılması biznes əlaqələrimizin daha da inkişafına təkan verəcək".
---------
14:23
"Azərbaycan müstəqillik qazandıqdan sonra ABŞ-ın Azərbaycanla bağlı siyasəti sabit olub".
XalqTV.com-ın APA-ya istinadən məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunmuş işgüzar yemək zamanı deyib.
Səfir bildirib ki, ABŞ müstəqil, çiçəklənən, demokratik Azərbaycanın tərəfdarıdır: "Biz bu siyasətin Azərbaycan xalqının məqsədləri ilə üst-üstə düşdüyünə inanırıq. Biz neft və qazın istehsalı, Azərbaycan və Xəzər hövzəsindən Avropaya və digər ölkələrə daşınması və bununla da qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də Dağlıq Qarabaö münaqişəsinin həlli istiqamətində Azərbaycanla birgə işləyirik. Son 25 ildə ABŞ Azərbaycana 1,3 milyard dollar yardım edib. Bu yardımın 120 milyonu Qarabağ münaqişəsi nəticəsində əziyyət çəkmiş köçkünlərə yönəldilib".
-----------
13:57
"ABŞ Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirir".
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta deyib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində