Dünya

Venesuela Kanadadakı səfirini geri çağıracaq

  • 18 Oct 2017
  • 266 baxış

Venesuelanın Kanadadakı səfiri, Vilmer Barryentos ölkə rəhbərliyinin qərarına əsasən geri çağıralacaq.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə Venesuelanın xarici işlər naziri öz "Tvitter" hesabında yazıb.

"Ölkə prezidenti Nikolas Maduro Kanadadakı səfirimiz Vilmer Barryentosu məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", deyə nazir yazıb.

Daha öncə, Kanadanın xarici işlər naziri Kristiya Friland venesuela hokumətinin regional seçkilər qabağı hərəkətlərindən narahatlığını bildirib. Onun fikrincə, onlar "çoxsaylı qayda pozuntularına" yol veriblər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR