Dünya
82 məktəbli qız terrorçulardan azad edildi
Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında "Boko haram" terror təşkilatı tərəfindən Çibok şəhər liseyindən oğurlanmış ən azı 82 məktəbli qız azad olunub.
Report TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
"Bəli, 82 qız azad olunub", - deyə agentlik ölkə hökumətindəki mənbənin sözlərini sitat gətirib.
Nigeriya Prezident Administrasiyasının məlumatına görə, məktəblilər bu qruplaşmadan olan bir neçə terrorçunun müqabilində azad ediliblər.
XalqTV.com
RƏYLƏR