idman

AFFA milli komandalarımızın baş məşqçilərini qovdu

  • 19 Oct 2017
  • 294 baxış

AFFA milli komandalarımızın baş məşqçiləri ilə bağlı yeni qərar qəbul edib.

XalqTV.com yenicag.az-a istinadən bildirir ki, assosiasiya rəhbərliyi U-17 millimizin baş məşqçisi Mirbağır İsayevlə U-19-un çalışdırıcısı Təbriz Həsənovu tutduqları postlardan uzaqlaşdırıb.

Buna isə yığmaların hər iki baş məşqçinin rəhbərliyi altında uğursuz çıxışı səbəb olub.

Əldə etdiyimiz məlumata görə, U-21 millimizin baş məşqçisi Samir Ələkbərovu da eyni aqibət gözləyir.

Qeyd edək ki, U-17 millimiz  son olaraq Avropa çempionatının seçmə qrup mərhələsində uğursuz çıxış edib. Mirbağır İsayevin rəhbərlik etdiyi milli İrlandiyaya 0:6, Ukraynaya 1:6 hesabı ilə məğlub olub, yeganə qələbəsini isə Bolqarıstan üzərində qazanıb - 2:1.

Təbriz Həsənovun başçılıq etdiyi U-19 isə Avropa çempionatının ilkin seçmə mərhələsində Kipr yığmasına 1:2, Serbiyaya 1:4 hesabı ilə uduzub, İrlandiya ilə isə qolsuz bərabərə qalıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-9436-affa-milli-komandalarimizin-bash-meshqcilerini-qovdu..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11