Dünya

Gömrük rəsmisi "The Voice" iştirakçısını öldürüb, intihar etdi - FOTO

  • 20 Oct 2017
  • 236 baxış

"The Voice" (Səs) mahnı müsabiqəsinin iştirakçısı keçmiş əri tərəfindən öldürülüb.

XalqTV.com Britaniya mediasına istinadla bildirir ki, qadın iştirakçını öldürən ər daha sonra özünə atəş açaraq intihar edib.

San Sreylai adlı 23 yaşlı ulduz Kambocanın paytaxtındakı lüks marketdə yerləşən gözəllik klinikasında qətlə yetirilib. Onu keçmiş əri, 53 yaşlı gömrük rəsmisi Chey Rin öldürüb.

Polis mətbuata cinayətlə bağlı açıqlama verməkdən çəkinib. Onlar bildirib ki, hadisə ilə bağlı istintaq davam edir.

San Sreylai Kambocada yayımlanan "The Voice" müsabiqəsinin finalçılarından olub. Onun ölüm anı klinikanın təhlükəsizlik kamerasına düşüb.

Emin
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR