Dünya

Ekspert: "D-8 sammitində Azərbaycanın iştirakı strateji cəhətdən vacibdir"

  • 20 Oct 2017
  • 308 baxış

İstanbulda keçirilən D-8 sammitində Azərbaycanın iştirakı strateji cəhətdən vacib xarakter daşıyır.

XalqTV.com xəbər verir ki, bunu Trend-ə türkiyəli xarici siyasət üzrə ekspert və "Beyaz Hareket" siyasi hərəkatının baş əlaqələndiricisi Ərdəm Ərən deyib.

Ekspert qeyd edib ki, D-8 sammitinin təşkili ölkənin keçmiş baş naziri Nəcməddin Ərbakanın fikri olub: "N.Ərbakandan sonra prezident Rəcəb Tayyib Ərdoğan D-8 ölkələri arasındakı münasibətlərin inkişafına böyük diqqət ayırıb".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 sammitində xüsusi qonaq qismində iştirak etmək İstanbula gəlib.

D-8 sammiti bu gün İstanbulda keçirilir. Sammitdə üzv-ölkələr Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan iştirak edir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-9458-ekspert--d-8-sammitinde-azerbaycanin-ishtiraki-strateji-cehetden-vacibdir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11