Meşədə qorxunc varlıq tapıldı, amma...: yarı siçovul, yarı insan - VİDEO - FOTO
Malayziyada siçovul və insan "qarışığı"na bənzəyən məxluqun fotoları sosial şəbəkələrdə yayılandan sonra əhali təşvişə düşmüşdü. Az sonra bu məxluqun fotoları və videosu Facebook, İnstagram və Twitter-də dünyanın ən müxtəlif ölkələrində yaşayan milyonlarla insan tərəfindən paylaşıldı.
XalqTV.com AsiaOne-a istinadən bildirir ki, fotonu sosial şəbəkədə yayan şəxs bu məxluğa meşədə rast gəldiyini yazmışdı.
Məxluq siçovul bədənli, insan başlı körpəyə bənzəyirdi. Onun Malayziyanın mərkəzi bölgəsi olan Pahanqdakı meşəlikdə tapıldığı vurğulanırdı: "O, canlı idi. Məxfi laboratoriyaya göndərdilər, orada isə öldü".
Minlərlə malayziyalı təşvişə düşmüşdü. Onlar bu məxluqu "adamyeyən" adlandırır, polisdən açıqlama tələb edirdilər.
Sonucda işə polis qarışdı. Malayziya Dövlət Polisinin rəhbəri general Datuk Rosli Əbdül Rəhmanın dediyinə görə, yayılan görüntülər saxtadır: "Həmin görüntülərdəki canlı yox, kukladır. Xahiş edirik ki, bu xəbəri yaymayın. Kimsə xaricdə aldığı oyuncağın fotosunu çəkib paylaşıb".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />