SAĞLAMLIQ

Hamilə ikən saç kəsdirib boyamaq olarmı?

  • 20 Oct 2017
  • 346 baxış

Hamilə ikən saç kəsdirmək olarmı? Saç kəsdirmək və boyamaq ana və dölə mənfi təsir edirmi? XalqTV.com ailem.az-a istinadən hamilələri maraqlandıran bu suallara aydınlıq gətirir. 

Hamilə ikən saç boyamaq olar?
 
Hamilə ikən ilk 3 ay həkimlər saç boyamağı məsləhət görmür. Boyanın içində olan ammonyak kimi kimyəvi maddələr uşağınıza və sizə zərərə verə bilər. Adətən saç boyası başda 30-40 dəqiqə boyunca qalır. Bu müddətdə boyada olan zərərli maddələr saç dərisinə sürətlə nüfuz edir və az miqdarda da olsa qana keçir. Beləliklə, bu zəhərli maddələr ana qanından dölün qanına düşə bilər. 
 
Hamilə ikən saç kəsdirmək olarmı?
 
Hamilə ikən qadınlar adətən saç kəsdirməz. Bəzi insanlar orqanizmə girən maddələrin uşağa fayda vermək yerinə saça fayda verəcəyinə inanır. Lakin saçınıza gedən maddələrlə uşağınıza gedən maddələrin bir-biri ilə əlaqəsi yoxdur. Son dərəcə səhv olan bu davranış ananı mənfi mənada təsirləndirə bilər. Həkimlərin fikrincə, hamilə ikən saç kəsdirməyin heç bir mənfi yönü yoxdur. Əksinə, hamiləlik dövründə onsuz da çox həssas olan qadınlar uzanmış və baxımsız saçlarla özlərini mənfi düşüncələrə sürükləyə bilərlər.
 
Hamilə ikən saça qulluqda nələrə diqqət etməliyik?
 
Adətən hamiləliyin 16-cı həftəsindən dölün müdafiə mexanizmi inkişaf edir. Bu zamandan sonra həkiminizlə məsləhətləşib ammonyaksız boyalarla saçınızı boyaya bilərsiniz. Saç boyası qoyulan yerin havalandırılması çox əhəmiyyətlidir. Çünki ciyərlərə nüfuz edən ammonyak anaya zərər verə bilər. 
Gözəllik salonuna gedəcəksinizsə, səhər saatlarını seçə bilərsiniz. Qalıcı boyalar yerinə daha az zamanda çıxan boyalardan istifadəyə diqqət edilməlidir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO