Dünya
Həkimlər zəlzələ zamanı ürək əməliyyatı etdilər - VİDEO - FOTO
Sosial şəbəkədə zəlzələ vaxtı xəstəxanada çəkilən görüntülər yayılıb.
XalqTV.com Britaniya mediasına istinadla bildirir ki, görüntülərdə ürək əməliyyatı aparan həkimlərin zəlzələ baş verdiyi anda da fasilə vermədən əməliyyatı davam etdirməsi əks olunub.
/>
Kadrlar "Mexico city hospital"da sentyabr ayının 19-da baş verən güclü zəlzələ zamanı cərrahın başına bağlanmış kamera vasitəsi ilə çəkilib.
Videoda cərrahın zəlzələ anında kolleqasını sakitləşdirməsi və dua etməsi də əks olunub.
/>
Qeyd edək ki, sentyabr ayının 19-da baş verən 7 ballıq zəlzələ nəticəsində 300-dən çox insan ölüb.
Emin
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR