SAĞLAMLIQ

Diqqətdən qaçan qalxanvari vəz və onun 5 düşməni Read more: https://sputnik.az/health/20171021/4124

  • 21 Oct 2017
  • 355 baxış

Qalxanvari vəzini orqanizmin "dirijoru" adlandırırlar. Bu kiçik kəpənəyə oxşayan orqan orqanizmin normal fəlaiyyətində həqiqətən ən vacib rollardan birini oynayır.

Bu səbəbdən qalxanvari vəzinin funksiyalarının pozulması bütün orqan və sistemlərini sıradan çıxardır - ürək-damar, sinir, mədə-bağırsaq, cinsiyyət sistemlərində, dəridə, insanın xarici görünüşündə ciddi pozulmalar yaranır.

XalqTV.com saglamolun.az-a istinadən bildirir ki, qalxanvari vəzi olduqca həssas orqandır və onun fəaliyyətinə bir çox amillər mənfi təsir edə blər. Sizə qalxanvari vəzinin əsas 5 düşməninin təqdim edirik. Bu düşmənləri tanıyın və orqanizminizin kiçik "dirijorunu" onlardan daim qoruyun.

1. Xroniki stress və yorğunluq. Bu iki amil qalxanvari vəzini güclü yükləmələrlə işləməyə vadar edir ki, nəticədə orqanın fəaliyyəti pozula bilər.

2. Radiasiya və buna bənzən şüalanma. Bu qalxanvari vəzi xəstəliklərinin əsas səbəblərindən biridir.

3. Siqaret çəkmək. Bir çox elmi araşdırmalar göstərir ki, siqaretlərin tüstüsündə olan ziyanlı maddələr qalxanvari vəzinin hüceyrələrinə mənfi təsir edir. Mütəxəssislər sübut edir ki, siqaret çəkən insanlarda qalxanvari vəzi xəstəliklərinə tutulmaq riski bu ziyanlı vərdişi olmayanlarla müqayisədə 2 dəfə çoxdur.

4. Yodun orqanizmə az və ya çox miqdarda daxil olunması. Qalxanvari vəzinin normal fəaliyyəti üçün yod olduqca vacibdir. Yod vəzinin hormonlarının istehsalında iştirak edir. Bu səbəbdən bu mineralın orqanizmdə az və ya əksinə çox olması qalxanvari vəzinin fəaliyyətini pozur.

Həkimin təyini olmadan yod preparatlarını, tərkibində yod olan antiseptik vasitələri istifadə etmək olmaz. Xüsusilə də bu uşaqlara aiddir. Bəzən "qayğıkeş" valideynlər uşaqlara "profilaktik" məqsədlərlə yod preparatlarını verir, uşaqların boğazını yod əlavə olunmuş su ilə qarqara edir, lüqolla silirlər. Bu qəti şəkildə yolverilməzdir və uşaqda qalxanvari vəzinin funksiyalarının pozulmasına gətirib çıxarda bilər.

5. Bəzi dərmanların nəzarətsiz qəbulu (xüsusilə hormonlar, mübadilə proseslərini sürətləndirən arıqlamaq üçün preparatlar).

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO