idman

"Barselona"dan rahat qələbə

  • 22 Oct 2017
  • 251 baxış

Bu gün İspaniya La Liqasında IX tura start verildi. XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, lider "Barselona" növbəti qələbəsini qazandı.

Hələlik yalnız ötən turda "Atletiko" ilə səfər qarşılaşmasında xal itirən Kataloniya təmsilçisi autsayder "Malaqa"nı sınağa çəkdi. Məğlubiyyətin nə olduğunu bilməyən 3 komandadan biri olan "Valensiya" bu turda "Sevilya"nı qəbul etdi.
 
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Atletiko" "Selta" səfərinə yollanacaqsa, mövsümə qeyri-stabil start götürən "Real" doğma azarkeşləri önündə "Eybar"la münasibətlərinə aydınlıq gətirəcək.
 
İspaniya La Liqası
IX tur
 
21 oktyabr
"Levante" - "Xetafe" - 1:1
Qollar: Morales, 65 - Fayr, 59
 
"Betis" - "Alaves" - 2:0
Qollar: Sanabriya, 13, Aleksis, 75 (avtoqol)
 
"Valensiya" - "Sevilya" - 4:0
Qollar: Quedes, 43, 90+2, Zaza, 51, Mina, 85
 
"Barselona" - "Malaqa" - 2:0
Qollar: Delofeu, 2, İnyesta, 56
 
22 oktyabr
14:00. "Vilyarreal" - "Las Palmas"
18:15. "Selta" - "Atletiko"
20:30. "Leqanes" - "Atletik"
22:45. "Real" - "Eybar"
 
23 oktyabr
22:00. "Real Sosyedad" - "Espanyol"
23:00. "Deportivo" - "Xirona"

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR