Dünya

Marneulidə "Gürcü Arzusu"nun namizədinin qələbəsi qeyd olunur

  • 22 Oct 2017
  • 307 baxış

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının tərəfdarları Marneulidə icra başçısı vəzifəsinə namizəd Temur Abazovun qələbəsini qeyd edirlər. 

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, rəsmi nəticələrin elan olunmamasına baxmayaraq, rayonun mərkəzi küçələrində "Gürcü Arzusu"nun bayraqları olduğu maşın karvanları siqnal verərək partiyanın yerli qərargahı istiqamətində hərəkət edir. 

Marneuli rayonunda yerləşən bəzi seçki məntəqələri qarşısında gərginlik yaşanıb. Müxalif "Avropalı Gürcüstan" Partiyasının namizədi Əhməd İmamquliyevin tərəfdarları bəzi seçki məntəqələri qarşısında aksiya keçiriblər. Onlar Marneulidə seçkilərdə Ə.İmamquliyevin qələbə qazandığını iddia edirlər. 
 
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının seçkilərin ilkin nəticələri barədə rəsmi məlumatı bu gecə saat 02:00-da açıqlayacağı gözlənilir. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-9549-marneulide-gurcu-arzusunun-namizedinin-qelebesi-qeyd-olunur..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11