idman
Tanınmış futbolçu qarət olundu
Futbol üzrə İngiltərə millisinin və "West Ham"in qapıçısı Co Hart növbəti dəfə qarət olunub.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, qarətçilər klubun təlim-məşq bazasının yaxınlığında avtomobilinə əyləşmək istəyən futbolçuya yaxınlaşaraq onu silahla hədələyərək telefonunu, pul qabını və saatı alıblar qaçıblar.
Xatırladaq ki, 2 ay əvvəl J.Hartın dəyəri 100 min funt sterlinq olan avtomobili oğurlanıb.
XalqTV.com
RƏYLƏR