idman

"İbrahimoviç indi mənim üçün işləməli olacaq"

  • 22 Oct 2017
  • 247 baxış

Məşhur futbol agenti Mino Rayola Zlatan İbrahimoviçin karyerasını bitirmək barədə düşünmədiyini bildirib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, italiyalı menecer ulduz futbolçunun ən azı 5 il də oynamalı olduğunu qeyd edib.

"İbrahimoviçə dayanmağa imkan verməyəcəm. O, mənim üçün işləməli olacaq. Bir neçə il bu iltifatı mən ona göstərmişəm. İndisə növbə onundur. Uşaqlarım böyüyüb, mənə pul lazımdır. Zlatanla danışmışdıq ki, 5 il ərzində yalnız mənə işləyəcək. Yerimizi dəyişəcəyik. Onun alacağı məvacib mənə, komision haqq isə ona çatacaq".

Rayola İbrahimoviçin karyerasını bitirəndən sonra baş məşqçi kimi çalışmaq perspektivlərinə də toxunub.

"Tanrı onun məşq keçəcəyi futbolçulara rəhm etsin. Bir futbolçu görmək istərəm ki, Zlatanın nə dediyini bilmədiyi barədə açıqlama verə. Bu baş versə, hər şeyin gizli kamera ilə çəkilməsi mənə çox maraqlı olardı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR