Dünya
Türkiyədə PKK terrorçuları ilə atışmada bir əsgər ölüb, ikisi yaralanıb
Türkiyənin Van vilayətində PKK terrorçuları ilə atışmada bir əsgər şəhid olub, ikisi yaralanıb.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, atışmada 3 terrorçunun öldürüldüyü bildirilir.
İnsident bu gün Van vilayətinin Başqala rayonunda qeydə alınıb. Yaralanan əsgərlərin həyatına təhlükə olmadığı bildirilir.
Bölgədə antiterror əməliyyatı davam edir.
XalqTV.com
RƏYLƏR