Dünya

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilərdə hakim partiya qalib gəlib

  • 23 Oct 2017
  • 277 baxış

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) yerli idarəetmə orqanlarına keçirilmiş proporsional seçkilər üzrə nəticələri açıqlayıb.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, 3 644 seçki məntəqəsindən bülletenlərin hesablanmasından sonra hakim "Gürcü Arzusu" partiyası 55,73 faiz əldə edərək seçkilərin qalibi olub.

Vahid Milli Hərəkat Partiyası 17,07% , "Avropalı Gürcüstan" Partiyası 10,49%, "Vətənpərvərlər Alyansı" 6,56%, Leyborist partiyası 3,27% səs əldə edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR